Nazarov oynadı, komandası məğlub oldu

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" II Bundesliqada növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Yunion Berlin" olub. 

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

D.Nazarov 90 dəqiqə meydanda olub və məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Aue” 13 xalla 8-ci yerdədir.