Nazarov oynadı, komandası məyus oldu

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Holştayn Kil" kollektivi olub. 

Doğma meydanda keçirilən matç Aue təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb - 0:3.

D.Nazarov meydana start heyətində daxil olub və sonadək mübarizə aparıb.

Qeyd edək ki, "Ertsqebirge Aue" 7 xalla 12-ci pillədə qərarlaşıb.