Nazarov oynadı, komandası qalib gəldi
Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib “Sandhauzen” kollektivi olub.
Doğma meydanda keçirilən oyun Aue təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
D.Nazarov start heyətində meydana daxil olub və 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, “Aue” geridə qalan 8 turda 13 xal toplayıb və 18 klub arasında 7-cidir.