Nazarov oynadı, komandası uduzdu

Azərbaycan millisinin üzvü - Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniyanın II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Nürnberq" kollektivi olub.

Qarşılaşma "Nürnberq"in qələbəsi ilə yekunlaşıb - 2:1.

D.Nazarov start heyətində meydana daxil olub və 67 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, Aue təmsilçisi 32 xalla 15-ci pillədə qərarlaşıb.