Nazarov rəmzi komandada

Azərbaycan millisinin üzvü - Dmitri Nazarov Almaniya II Bundesliqasının 28-ci turunun rəmzi komandasına daxil edilib. SportLine.az xəbər verir ki, “Ertsqebirge Aue”nin futbolçusu sonuncu oyunda dublla yadda qalmaqla ən yaxşı "11-lik"də özünə yer tapıb.

Xatırladaq ki, D.Nazarov "Münhen 1860" üzərində 3:0 hesablı qələbədə iki penalti qolu ilə komandasının qələbəsinə töhfə vermişdi.