Nazarovun vurduğu qollar

Almaniya II Bundesliqasında növbəti görüşlər keçirilib. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvü - Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge" də oyun günündə meydana çıxıb. Rəqib "Münhen 1860" kollektivi olub. 

Qarşılaşma Aue təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.

D.Nazarov start heyətində meydana daxil olub və dublla yadda qalıb. 

"Ertsqebirge" - "Münhen 1860" - 3:0
QOLLAR: 
D.Nazarov, 42/p. (1:0); Soukou, 49 (2:0); D.Nazarov, 73/p. (3:0)

Qeyd edək ki, xalını 32-ə çatdıran "Ertsqebirge" 15-ci pillədə qərarlaşıb.