NBA: Çempion son oyunda müəyyənləşəcək

Amerika Milli Basketbol Assosiasiyasının final seriyasında 6-cı oyun keçirilib. SportLine.az xəbər verir ki, "Klivlend Kavaliers" "Qolden Steyt Uarriors"u qəbul edib.

Son oyunda əzmkar çıxışla diqqət çəkən “Klivlend Kavaliers” final seriyasında hesabı bərabərləşdirmək üçün qələbə qazanmalı idi. “Qolden Steyt Uarriors”la görüşdə meydan sahibləri çətin tapşırığın öhdəsindən gəliblər. Gərgin mübarizə ilə yadda qalan oyunun sonunda “kavalierlər” seviniblər – 115-101.

Bununla da ümumi vəziyyətə tarazlıq gətirən klivlendlilər çempionluq uğrunda mübarizənin yekunlaşmasına imkan verməyiblər.

Qələbədə əsas pay sahibi 41 xalla LeBron Ceyms və 23 xalla Kayri İrvinq olub.

Stefen Karrinin 30 və Kley Tompsonun 25 xalı isə “Qolden Steyt” basketbolçularını məğlubiyyətdən qurtarmağa kifayət etməyib.

Qeyd edək ki, final seriyasının sonuncu oyunu iyunun 20-i “Qolden Steyt”in meydançasında oynanılacaq.