Neapolun fəxri vətəndaşı oldu

"Napoli"nin sabiq baş məşqçisi Luçano Spaletti Neapol şəhərinin fəxri vətəndaşı olub.

Sportline.az xəbər verir ki, bu haqda Football Italia məlumat yayıb.

Bu isə təsadüfi deyil. Məhz bu mütəxəssis 33 ildən sonra "Napoli"yə çempionluq sevinci yaşadıb.

Həmin çempionluq klub tarixinin ümumilikdə üçüncü skudettosu idi.

Ardınca klubdan ayrılan Spaletti hazırda İtaliya millisinin baş məşqçisidir.