"Neftçi" antirekordunu təkrarlayıb

"Neftçi" antirekordunu təkrarlayıb.

Sportline.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə səfər oyunlarında 23 qol buraxıb.

Bu rəqəm XXXIII turun “Qarabağ”la matçından sonra yüksək həddə çatıb. Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antirekordunu təkrarlayıb.

Qeyd edək ki, “Neftçi”nin ölkə çempionatları tarixində bir mövsümdə səfərdə ən çox qolu 2013/2014 mövsümündə buraxıb. Həmin vaxt paytaxt klubu indiki kimi 23 top buraxıb. Həmin göstərici 10 ildən sonra təkrarlanıb.