"Kəpəz" "Neftçi"ni xalsız qoydu

Bu gün Topaz Premyer Liqasında 25-ci tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Avropkuboklar uğrunda mübarizə aparan komandalar - "Kəpəz" və "Neftçi" birincilərin meydanında münasibətləri aydınlaşdıracaq. Gəncə təmsilçisi qələbə qazanmaqla "ağ-qaralar"ı arxada qoyacaq. Məğlubiyyət isə "Kəpəz"in Avrokubok imkanlarının üstündən, demək olar ki, xətt çəkəcək.


09 aprel 2017
TPL, 25-ci tur

“Kəpəz” – “Neftçi” - 2:0
QOLLAR: 
Tural Axundov, 13/p. (1:0); Tural Axundov, 41/p. (2:0)

İlk 3 dövrədəki oyunlar: 0:2, 2:0, 0:0
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Mübariz Haşımov, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Murad Məmmədov
Gəncə şəhər stadionu

Standings provided by Sofascore LiveScore

Banner