"Neftçi" Kipr klubuna qarşı
Polşada təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti hazırlıq matçını keçirəcək.
Sportline.az xəbər verir ki, Bakı təmsilçisi AEL-lə qarşılaşacaq. Kipr klubu ilə görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, "Neftçi" Polşada iki yoxlama oyununa çıxıb. Samir Abbasovun komandası yerli "Termalitsa Nyeçetşa" ilə 2:2, İsrailin "Hapoel" (Tel-Əviv) klubu ilə isə 1:1 hesablı heç-heçə edib. "Ağ-qaralar"ın "Asteras Tripolis"lə matçı güclü yağış səbəbindən təxirə salınıb.
Yoxlama oyunu
18:00. "Neftçi" - AEL