"Neftçi" növbəti transferi açıqladı
“Neftçi” daha bir futbolçunu transfer edib.
Sportline.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, braziliyalı hücumçu Mateus Saldanya heyətə cəlb olunub.
“Ağ-qaralar”la müqavilə imzalayan 24 yaşlı forvard son olaraq Yaponiyanın “Cef Yunayted İtixara Tiba” klubunda oynayıb.