"Neftçi" oyuna itkilərlə çıxacaq

"Neftçi" Azərbaycan Premyer Liqasının XXII turunda bu gün "Qəbələ"nin qonağı olacaq.

Sportline.az xəbər verir ki, "ağ-qaralar" səfər oyununa iki itki ilə çıxacaq. Yarımmüdafiəçilər Rəhman Hacıyev və Fərid Yusifli zədə səbəbindən "Qəbələ" ilə matçda olmayacaq. Eddi İsrafilovun durumu isə şübhəlidir. Onun oynayıb-oynamayacağı məşqçilər korpusunun qərarından asılı olacaq.

Görüş bu gün saat 15:00-da başlayacaq.

Banner