"Neftçi" - "Qarabağ" matçının biletləri satışda

Azərbaycan Premyer Liqasının III turunun sentyabrın 12-də "Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun biletləri bu gün satışa çıxarılıb.

Sportline.az xəbər verir ki, qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Kassalar bu gün və sabah saat 18:00-dək, oyun günü isə 20:30-dək işləyəcək.