"Qarabağ" "Neftçi"ni məğlub etdi
Bu gün Topaz Premyer Liqasında 9-cu tura yekun vurulacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Diqqətlər, əsasən, paytaxta yönələcək. Əzəli rəqiblər - "Neftçi" və "Qarabağ"ın bu dəfəki dueli də gərgin mübarizə vəd edir.
"Ağ-qaralar" yarış cədvəlində vəziyyəti qaydasına salmaq üçün 3 xala möhtacdırlar. Ağdam təmsilçisi isə çempionluq uğrunda mübarizədə növbəti qələbəsini qazanmaq niyyətindədir.
25 oktyabr 2016
TPL, 9-cu tur
“Neftçi” – “Qarabağ” - 0:2
QOLLAR: Rahid Əmirquliyev, 29 (0:1); Jayro, 90/a.q. (0:2)
QIRMIZI VƏRƏQƏ: Katalin Tira, 90+1 ("Neftçi")
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
8-ci km qəsəbə stadionu
“Neftçi”: 33. Boban Baykoviç, 3. Jayro Filyo Rodriges, 6. Vançe Şikov, 17. Rəhman Hacıyev, 80. Edson Kastilya, 30. Dario Melnyak, 99. Denilson Pereyra, 23. Tərzin Cahangirov, 20. Eltun Yaqublu, 95. Elvin Bədəlov, 10. Cavid İmamverdiyev (k)
Ehtiyat oyunçular: 1. Krşevan Santini, 9. Katalin Tira, 19. Fəhmin Muradbəyli, 90. Jonas Pesalli, 26. Kamal Qurbanov, 13. Murad Ağayev
Baş məşqçi: Elxan Abdullayev
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 17. Namiq Ələsgərov, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 71. Vüqar Nadirov
Baş məşqçi: Qurban Qurbanov