"Qəbələ" bu dəfə də "Neftçi"yə aman vermədi
Bu gün Topaz Premyer Liqasında 10-cu tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Lider "Qəbələ" cari mövsüm azarkeşlərini pərişan edən "Neftçi"ni qəbul edəcək. Cari mövsümün ilk oyununda 8 cavabsız qolla qalib gələn "radarlar" yenə favorit hesab olunurlar. "Neftçi" isə yarış cədvəlinin zirzəmisindən yaxa qurtarmaq üçün 3 xala möhtacdır.
29 oktyabr 2016
TPL, 10-cu tur
“Qəbələ” – “Neftçi” - 4:1
QOLLAR: Sergey Zenyov, 12, 59; Asif Məmmədov, 62; Rəşad Eyyubov, 77 - Araz Abdullayev, 49
I dövrədəki oyun: 8:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 20. Rikardinyo, 32. Rəşad Eyubov, 34. Ürfan Abbasov
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 10. Ruslan Qurbanov, 13. Murad Musayev, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 21. Roman Hüseynov, 30. Petar Franyiç
Baş məşqçi: Roman Qriqorçuk
“Neftçi”: 33. Boban Baykoviç, 3. Jairo Rodriges, 6. Vançe Şikov, 10. Cavid İmamverdiyev (k), 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Eltun Yaqublu, 30. Dario Melnyak, 80. Edson Kastilyo, 95. Elvin Bədəlov, 99. Denilson Pereyra
Ehtiyat oyunçular: 1. Krşevan Santini, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 13. Murad Ağayev, 22. Mahir Şükürov, 23. Tərzin Cahangirov, 90. Jonas Pessalli
Baş məşqçi: Elxan Abdullayev