"Neftçi" Rəşad Sadiqovu heyətinə cəlb etdi

“Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib. 

SportLine.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar” Rəşad Sadiqovla cari mövsümün sonuna qədər müqavilə bağlayıb. Həmçinin Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudovun da “Neftçi”yə qoşulacağı gözlənilir.

Qeyd edək ki, Rəşad Sadiqov karyerası ərzində "Şəfa”, "Qarabağ”, "Neftçi”, MOİK, "Xəzər Lənkəran” və "Qəbələ” klublarının formasını geyinib. O, bu ilin mayında “Zirə” ilə birillik müqavilə bağlasa da, iyulun 24-də klubdan kənarlaşdırılıb.