"Neftçi" "Səbail"lə görüşə hazırdır
"Neftçi” Topaz Premyer Liqanın ikinci turunda qarşılaşacağı "Səbail"lə oyun öncəsi hazırlığını başa vurub.
SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda dünən İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında məşq edib.
Xatırladaq ki, "Dalğa Arena”da keçiriləcək oyun bu gün saat 18:00-da başlayacaq.