"Neftçi" yeni transferini təqdim etdi

"Neftçi" Bolqarıstanın MOİK (Sofiya) klubundan icarəyə götürdüyü futbolçu Əhməd Əhmədovu təqdim edib.

Sportline.az xəbər verir ki, paytaxt klubu 25 hücumçunun keçidi ilə bağlı video paylaşıb. Bolqarıstanlı futbolçu "ağ-qaralar"ın heyətində 9 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Neftçi" türk əsilli futbolçu ilə mövsümün sonunadək müqavilə imzalayıb.