"Zirə" qələbə qazandı
Bu gün Topaz Premyer Liqasında 8-ci tura yekun vurulacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Cari mövsüm işləri qaydasında getməyən iki komanda - "Zirə" və "Neftçi" birincilərin meydanında üz-üzə gələcək.
Elxan Abdullayevin gəlişindən sonra daha inamlı təsir bağışlayan "ağ-qaralar" səfər görüşündə uğurlu nəticəyə ümidlidir. "Zirə" isə doğma meydana yalnız qələbə qazanmaq üçün çıxacaq.
16 oktyabr 2016
TPL, 8-ci tur
“Zirə” – “Neftçi” - 2:0
QOLLAR: Yovan Krneta, 43/p. (1:0); Adil Nağıyev, 50 (2:0)
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Rahil Ramazanov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadion
I dövrədəki oyun – 1:0
“Zirə”: 1. Anar Nəzirov (k), 28. Təmkin Xəlilzadə, 23. Yovan Krneta, 44. Migel Lorenso, 5. Adil Nağıyev, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 6. Vüqar Mustafayev, 19. Nurlan Novruzov, 7. Gerhard Proqni, 20. Sezar Meza Kolli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 18. Tural Cəlilov, 17. Vüsal İsgəndərli, 38. İlkin Muradov, 92. Cavid Tağıyev, 21. Murad Səttarlı
Baş məşqçi: Adil Şükürov
“Neftçi”: 1. Krşevan Santini, 3. Jayro Filyo Rodriges, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev (k), 9. Katalin Tira, 17. Rəhman Hacıyev, 23. Tərzin Cahangirov, 26. Kamal Qurbanov, 30. Dario Melnyak, 80. Edson Kastilya, 99. Denilson Pereyra
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 10. Cavid İmamverdiyev, 19. Fəhmin Muradbəyli, 13. Murad Ağayev, 20. Eltun Yaqublu, 90. Jonas Pesalli, 95. Elvin Bədəlov
Baş məşqçi: Elxan Abdullayev