"Neftçi"də istefa

“Neftçi” klubunda yeni istefa baş verib. Sportline.az Apasport.az-a istinadən xəbər verir ki,  bu dəfə klubdan ayrılan məşqçi və ya futbolçu yox, həmkarımızdır. Belə ki, Media və Marketinq Departamentinin rəisi Rüstəm Əfsərli tutduğu postdan gedib. O, bu vəzifədə təxminən 4 ay idi çalışırdı.