"Neftçi"də yeni təyinat

"Neftçi” futbol klubunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat rəsmiləşib. Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 1-dən etibarən klubun mətbuat xidmətinə Anar Şabanoğlu rəhbərlik edəcək. O, yeni vəzifədə Rüstəm Əfsərlini əvəzləyib. Qeyd edək ki, 18 ildir jurnalist kimi fəaliyyət göstərən Anar Şabanoğlu "Futbol+”, "İdman”, "525-ci qəzet”də, həmçinin "CBC Sport” telekanalında çalışıb.