"Neftçi"dən yeni transfer

“Neftçi” klubu Lüksemburq millisinin futbolçusu Alessio Kurçini transfer edib.

Bu barədə Sportline.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

23 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, A.Kurçinin sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, millinin heyətində 15 oyun keçirib, 1 qol vurub.