"Neftçi"nin yeni transferi təlim-məşq toplanışına qoşulub
“Neftçi”nin yeni transferi Alessio Kurçi komandanın Polşanın Keltse şəhərində davam edən təlim-məşq toplanışına qoşulub.
Bu barədə Sportline.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçirilən, əsasən toplu və taktiki çalışmalardan ibarət olan bugünkü hazırlıq prosesində Lüksemburq millisinin hücumçusu da iştirak edib.
Qeyd edək ki, “Hapoel" (Təl-Əviv, 1:1) və “Termalitsa" (Nyeçetşa, 2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras" (Tripolis) ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu. Komanda sonuncu matçını avqustun 1-də Kiprin AEL klubuna qarşı keçirəcək.