"Neftçi"nin yetirməsi Latviya klubuna keçdi

"Neftçi"nin yetirməsi, son 4 ili "Səbail"də keçirmiş Orxan Qurbanlı ikinci dəfə ölkə xaricində çıxış edəcək.

Sportline.az xəbər verir ki, bu barədə futbolçunun agenti Erkin İbrahimov feysbuk səhifəsində paylaşım edib.

26 yaşlı müdafiəçi Latviyanın tanınmış klubu "Ventspils" ilə 2 illik müqavilə bağlayıb. Anlaşmaya əsasən, o, qarşıdakı 4 ayda icarə əsasında Moldovanın "Dinamo-Avto" klubunda çıxış edəcək.

Qeyd edək ki, Orxan Qurbanlı 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın "Dauqavpils" komandasının formasını geyinib.