Nəriman Abbbasovdan UFC açıqlaması
"Rəqibi analiz edib hazırlaşıram".
Sportline.az xəbər verir ki, bunu Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Nəriman Abbasov “sports.kz" nəşrinə açıqlamasında Qazaxıstanın paytaxtı Astanada təşkil olunacaq “Naiza Fighting Championship” turnirində yerli idmançı Fanil Rafikova qarşı keçirəcəyi döyüş barədə danışarkən deyib.
O, Qazaxıstanın onun üçün ikinci vətən olduğunu vurğulayıb:
"Ümid edirəm ki, buradakı qohumlarım və digər sakinlər mənə azarkeşlik edəcəklər”.
29 yaşlı idmançı UFC-yə düşmək üçün yenidən cəhd edəcəyini açıqlayıb:
"İkinci şansdan istifadə etmək istərdim. Açığı, bu turnirdə döyüşmək arzu deyil. Amma özümü orada sınamaq istərdim".
Qeyd edək ki, Nəriman Abbasovla Fanil Rafikov arasında döyüş martın 18-də keçiriləcək.