Neymar debüt oyununda qol vurdu, PSJ qalib gəldi
PSJ Fransa I Liqasında növbəti matçına çıxıb. SportLine.az xəbər verir ki, paytaxt klubu səfərdə "Genqam"la qarşılaşıb.
Matç Paris klubunun qələbəsi ilə yekunlaşıb - 3:0.
Oyun Neymarın debütü ilə yadda qalıb. Start heyətində meydana daxil olan braziliyalı hücumçu 90 dəqiqə meydanda olub və 82-ci dəqiqədə komandasının son qoluna imza atıb. Neymar, həmçinin, bir məhsuldar ötürmə ilə də yadda qalıb.
13 avqust 2017
I Liqa, 2-ci tur
"Genqam" - PSJ - 0:3
QOLLAR: İkoko 52/a.q. (0:1); Kavani, 62 (0:2); Neymar, 82 (0:3)