Neymar Dünya çempionatında 14 dəqiqədə Bruno Fernandeşi geridə qoydu
Braziliya millisinin ulduzu Neymar oyuna sonradan daxil olmasına baxmayaraq diqqətçəkən göstərici ilə yadda qalıb.
Sportline.az xəbər verir ki, təcrübəli hücumçu cəmi 14 dəqiqə meydanda olmasına rəğmən 3 qol vəziyyəti yaradıb. Bu göstərici Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandeşin iki oyunda yaratdığı qol vəziyyətindən daha çoxdur.
Bu barədə "L’equipe" nəşri məlumat verib.
Neymarın qısa müddətdə nümayiş etdirdiyi məhsuldarlıq azarkeşlər və futbol ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.
Futbolçu meydana sonrada daxil olaraq 14 dəqiqə ərzində üç qol şansı yaradıb. Portuqaliya millisinin üzvü Bruno Fernandeş isə çıxdığı 2 matçda cəmi bir qol vəziyyəti yarada bilib.