Neymar Messidən çox qazanır

“Barselona”nın braziliyalı legioneri Neymar illik zəhmət haqqına görə Messini qabaqlayır. SportLine.az xəbər verir ki, o, yeni müqaviləyə əsasən ilinə 15 milyon avrodan əlavə 10 milyon avro da bonus əldə edəcək. Komandanın argentinalı ulduzu Messinin illik gəliri isə, 22 milyon avrodur. Yaxın vaxtlarda Messinin də müqaviləsini yeniləyəcəyi bildirilir.