Neymar MLS klubuna transfer ola bilər
Bu ayın sonu "Santos"dan azad agent kimi ayrılacaq Neymar Junior karyerasını MLS-də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "İnter Mayami" 33 yaşlı futbolçunu heyətə cəlb etmək istəyir.
Bu haqda "Diario As" nəşri məlumat yayıb.
Qeyd edək ki, Neymar cari mövsüm meydana çıxdığı 28 matçda 11 qol, 4 qol asistlə yadda qalıb.