Neymar PSJ ilə bağlı qərar verib

PSJ-nin braziliyalı ulduzu Neymarın komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Sportline.az goal.com-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu klubu tərk etmək niyyətində olmadığını bildirib.

2027-ci ilədək parislilərlə müqaviləsi olan braziliyalı futbolçu Fransada təqaüdə çıxmağı planlaşdırır.

Qeyd edək ki, bu mövsüm qeyri-sabit çıxışı ilə tənqidlərə tuş gələn hücumçunun komandadan ayrılacağı bildirilirdi.