Niderland Braziliyanın tarixi rekordunu yenilədi

Niderland millisi dünya çempionatı tarixində ən uzunmüddətli məğlubiyyətsizlik seriyası rekordunu qırıb.

Sportline.az xəbər verir ki, bu barədə  "Opta" məlumat yayıb.

Ronald Kumanın komandasə DÇ-2026-nın 2-ci turunda İsveç yığmasını 5:1 hesabı ilə darmadağın edib. Bu qarşılaşma Niderlandın əsas və əlavə vaxtlar daxil olmaqla (penaltilər seriyası nəzərə alınmadan) dünya çempionatlarında ardıcıl məğlub olmadığı 14-cü oyun kimi tarixə düşüb.

Bununla da niderlandlılar Braziliya millisinə məxsus olan tarixi rekordu yeniləyiblər. "Sambaçılar" 1958-1966-cı illər arasında dünya birinciliklərində ardıcıl 13 matçda meydanı məğlubiyyətsiz tərk etməyi bacarmışdılar.

Niderland millisinin dünya çempionatlarındakı sonuncu məğlubiyyəti 2010-cu ildə İspaniyaya qarşı final oyununda (əlavə vaxtda 0:1) olub.

Banner