Niderlandlı futbolçu millidəki karyerasını başa vurub

Məhşur niderlandlı futbolçu Deyli Blind milli komanda karyerasını başa vurub.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, 34 yaşlı futbolçu öz sosial media hesabından "Narıncı formanı 108 dəfə geyinmək mənim üçün şərəf idi. Bir oyunçu kimi ən yüksək nailiyyətim-ölkəmi təmsil etmək idi" deyə paylaşım edib.

Blind Niderland millisində 108 oyunda 3 qolla yadda qalıb.O, 2014-cü ildə ölkəsində ilin futbolçusu seçilib.

Qeyd edək ki, daha əvvəl "Bavariya", "Mançester Yunayted" və "Ayaks" kimi klublarda çıxış edən təcrübəli futbolçu hal-hazırda İspaniyanın "Jirona" klubunun uğurları üçün çalışır.