"Qalatasaray"ın sabiq futbolçusu Rusiya klubuna baş məşqçi təyin olunub

"Axmat Qrozni"yə 1-5 hesablı məğlubiyyətdən sonra Serqey Yuranla yollarını ayıran "Nijniy Novoqorod"da yeni məşqçinin adına aydınlıq gəlib.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, klub Serbiyalı mütəxəssis Saşa İliçə tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti xəbər paylaşıb.

"Partizan"ın yetirməsi sayılan Saşa İliç futbolçuluq karyerasında "Qalatasaray", "Selta Viqo", "Red Bull" və "Larisa" klublarının formasını geyinib.

Məşqçilik karyerasına 2019-cu ildə başlayan 46 yaşlı mütəxəssis "Çukariçki" və CSKA "Sofiya" klublarında çalışıb.Son olaraq isə Yunanıstan komandası "Atromitos"a rəhbərlik edib.

Qeyd edək ki, Saşa İliç "Nijniy Novoqorod"un klub tarixində ilk əcnəbi məşqçi olacaq.

Ardıcıl 6 oyundur məğlub olan "Nijniy Novoqorod" aktivindəki 28 xalla 11-ci pillədədir.