Nikolya Pepe oyunun ən yaxşısı adına layiq görülüb
DÇ-2026-da Kurasao və Kot d'Divuar milliləri arasında keçirilən E qrupunun 3-cü turunun matçının ən yaxşı oyunçusu bəlli olub.
Sportline.az FİFA-nın saytına istinadən xəbər verir ki, Afrika təmsilçisinin heyətində Nikolya Pepe oyunun ən yaxşısı adına layiq görülüb.
Pepe 2:0 hesabı ilə qalib gəldikləri görüşdə dubl edib. 7-ci dəqiqədə hesabı açan futbolçu Kot d'Divuar millisində ən erkən vurulan qolun müəllifi kimi də tarixə düşüb.
Qeyd edək ki, Kot d'Divuar 6 xalla qrupda 2-ci yeri tutub və tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib.