Nkunkunun transfer qiyməti aşağı enib
"Çelsi"nin fransalı futbolçusu Kristofer Nkunkunun transfer qiyməti 43 milyon avroya enib.
Sportline.az xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.
27 yaşlı futbolçunun klubla sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Nkunku klubdan ayrılmaq istədiyini açıqlayıb.