Noa Lanq İstanbul nəhənginə gedir
"Napoli"nin sol cinah hücumçusu Noa Lanq "Fənərbağça"nın əsas transfer hədəflərindən birinə çevrilib.
Sportline.az jurnalist Nikolo Şıkiranın məlumatına istinadən xəbər verir ki, İstanbul klubu bu həftə oyunçunun meneceri ilə görüşəcək.
26 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 24 oyunda 1 qol, 2 asistlə yadda qalıb.
Qeyd edək ki, N.Lanqın dəyəri 25 milyon avrodur.