“Norviç”in futbolçusu “Qalatasaray”da çıxış edə bilər
“Norviç”in ispaniyalı futbolçusu Borxa Sainzin yanvarda klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Radio Popular” nəşrinə istinadən xəbər verir ki, “Qalatasaray” rəhbərliyi Borxa Sainz üçün “Norviç”ə 6 milyon avro ödəməyə hazırdır.
23 yaşlı futbolçunun müqaviləsi “Norviç”lə 2026-cı ilin iyun ayınadək nəzərdə tutulub.
Qeyd edək ki, hər iki klub arasında danışıqlar davam edir.
Borxa Sainz “Qalatasaray”da çıxış etməyə müsbət yanaşır.