"Nottinqem Forrest"in futbolçusu Danilo Premyer Liqanın ilk turunda ağır zədə alıb

"Nottingem Forest"in yarımmüdafiəçisi Danilo İngiltərə Premyer Liqasının 1-ci turunda "Bornmut"la matçda ciddi zədə alıb.

Sportline.az xəbər verir ki, futbolçu matçın 7-ci dəqiqəsində sol ayağından zədələnərək meydanı tərk edib.

Ayağı sınan Danilo xərəkdə meydançadan çıxarılıb və 10 dəqiqə sonra oyun bərpa olunub.

Qeyd edək ki, görüş 1-1 hesablı bərabərliklə başa çatıb.