Nuri Şahin “Beşiktaş”ın ulduz futbolçusunu transfer etmək istəyir

“Borussiya Dortmund”un türkiyəli baş məşqçisi Nuri Şahin rəhbərlikdən “Beşiktaş”ın portuqaliya futbolçusu Gedson Fernandeşin transfer edilməsini tələb edib.

Sportline.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, “Borussiya Dortmund” klubunun rəhbərliyi Gedson Fernadeş üçün “Beşiktaş”a 20 milyon avro ödəməyə hazırdır.

“Beşiktaş”ın rəhbərliyi isə 25 yaşlı futbolçu üçün 25 milyon avro tələb edir.

Qeyd edək ki, Gedson Fernadeş bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 matçda 7 qol və 1 asistlə yadda qalıb.