Nurlan İbrahimovla bağlı qərar...

İdman Arbitraj Məhkəməsi (CAS) Nurlan İbrahimovun işi üzrə qərarın açıqlanma tarixini yenə ertələyib.

Sportline.az xəbər verir ki, qərarın qəbul ediməsi sentyabrın 11-inə təxirə salınıb.

Bu haqda məlumatı Nurlan İbrahimovun vəkili Fərid Haqverdiyev yayıb.

FIFA Vətən müharibəsi dövründə feysbukdakı paylaşımına görə "Qarabağ"ın keçmiş mətbuat katibinin futbolla bağlı fəaliyyətinə ömürlük qadağa qoyub. İbrahimov isə buna görə CAS-a şikayət ünvanlamışdı.