Nurmaqomedov oktaqona dönəcəyi vaxtı açıqlayıb

UFC-nin dağıstanlı döyüşçüsü Umar Nurmaqomedov fanatlarını sevindirib.

Sportline.az xəbər verir ki, o, sosial şəbəkələrdəki hesabında oktaqona dönəcəyi vaxtı açıqlayıb.

Əlindən cərrahiyyə əməliyatı olunan idmançı 6 aydan sonra döyüş meydanına çıxacağını bildirib.

Qeyd edək ki, 29 yaşlı döyüşçünün yanvarın 19-da Merab Dvalişvili ilə qarşılaşmada əli sınmışdı. 

"4 aydan sonra zərbə endirməyə başlayacağam. Oktaqona isə 6 aydın sonra qayıtmağı planlaşdırıram", - deyə Nurmaqomedov fanatlarına mesaj göndərib.