Nurməhəmmədov kanadalıya qarşı
Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov növbəti döyüşə çıxacaq.
Sportline.az xəbər verir ki, onun rəqibi kanadalı Jorj San-Pyer olacaq. Bu barədə Həbibin meneceri Əli Əbdül-Əziz məlumat verib: “Əgər Həbib miras üçün vuruşmaq istəyirsə, Sen-Pyerlə döyüş böyük hadisə olacaq. Sen-Pyer UFC tarixində ən güclü döyüşçülərdən biridir. Bundan başqa, bu döyüş Həbibə daha çox pul gətirəcək”.
Menecerin sözlərinə görə, Həbibin bu görüşü 2019-cu ilin sonunadək ola bilər.
Qeyd edək ki, Nurməhəmmədov sentyabrın 7-də amerikalı Dastin Puryeni məğlub edərək yüngül çəkidə UFC çempionu titulunu növbəti dəfə qoruyub.