"Nyukasl" fanatları "Tofiq Bəhramov" stadionuna belə daxil olacaqlar

"Nyukasl" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçiriləcək oyun üçün biletlərin qiymətlərini açıqlayıb.

Sportline.az klubun mətbuat rəsmi saytına istinadən xəbər verir ki, qiymətlər bütün yaş qrupları üzrə 18 funt-sterlinq (təxminən 40 manat) müəyyən edilib.

Bakıya neçə nəfər azarkeşin gələcəyi hələ dəqiq deyil.

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləlcək "Qarabağ" - "Nyukasl" görüşü saat 21:45-də başlanacaq.