"Nyukasl" ingiltərəli futbolçu ilə yeni müqavilə imzalamaq istəyir

"Nyukasl" yarımmüdafiəçisi Entoni Qordona yeni müqavilə təklif edəcək.

Sportline.az Soocer.ru-ya istinadla xəbər verir ki, İngiltərə klubu 23 yaşlı futbolçunun məvacibini də artırmaq istəyir.

Qordon 2023-cü ildə "Everton"dan "Nyukasl Yunayted"ə 45 milyon avro qarşılığında transfer olunub. "Ağ-qaralar"la 68 oyuna çıxan futbolçu bu matçlarda 14 qol vurub, 11 asist edib.

Qeyd edək ki, ingiltərəli futbolçunun xidmətində Liverpul klubu maraqlıdır.