"Nyukasl" İsaka "dodaq uçuran" qiymət qoydu
"Nyukasl Yunayted"in isveçli futbolçusu Aleksander İsak mövsümün sonunda satıla bilər.
Sportline.az "Tele Football"a istinadən xəbər verir ki, Nyukasl"ın rəhbərliyi İsakın transfer dəyərinin 150 milyon avro olduğunu açıqlayıb.
İsakla bir sıra Avropa nəhəngləri maraqlanır. Onu transfer etmək istəyən klubların siyahısında İspaniyadan "Real Madrid" və "Barselona" yer alıb. İngiltərədən isə "Arsenal" və "Liverpul" transfer yarışının içərisindədir.
Qeyd edək ki, İsakın "Nyukasl"la hazır ki müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
25 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 19 matçda 12 qol və 4 asistlə yadda qalıb.