"Nyukasl" PSJ-yə elçi düşüb
"Nyukasl Yunayted" "Paris Sen-Jermen"in portuqaliyalı futbolçusu Qonçalo Ramosu üçün rəsmi təklif göndərib.
Sportline.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu bu keçid üçün 40 milyon avro ödəməyə hazırdır.
24 yaşlı futbolçunun Paris klubu ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Ramos ötən mövsüm meydana çıxdığı 46 matçda 19 qol 6 asistlə yadda qalıb.