“Nyukasl Yunayted” 21 il sonra bir ilkə imza atdı
“Nyukasl Yunayted” Çempionlar Liqasında ardıcıl iki oyunda qalib gələrək tarixi nəticə əldə edib.
Sportline.az xəbər verir ki, Eddi Hauyun komandası bu göstəriciyə sonuncu dəfə 2003-cü ildə imza atmışdı. 21 ildən sonra “Nyukasl” yenidən turnirdə iki ardıcıl görüşü qələbə ilə başa vurmağı bacarıb.
Komandanın stabil çıxışı azarkeşlərdə böyük ümid yaradıb və Eddi Hauyun rəhbərliyi altında “Nyukasl”ın Avropada yenidən güclü rəqiblər sırasında yer alacağına inanılır.