“Nyukasl Yunayted” “Atletik Bilbao”ya qarşı
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, “Nyukasl Yunayted” “Sen-Ceyms Park”da “Atletik Bilbao” ilə üz-üzə gələcək.
Eddi Hovun komandasında Entoni Qordon, Kiran Trippier, Valentino Livramento və Yoane Vissa zədədən əziyyət çəkir.
“Atletik Bilbao”da isə Maroan Sannadi, Niko Uilyams, İniqo Lekue, Unai Uquliz, Benat Prados və İniako Uilyams baş məşqçi Ernesto Valverdenin sərəncamında olmayacaq.
Qeyd edək ki, start fiti gecə yarısı saat 12-də səslənəcək görüşü slovakiyalı hakim İvan Kruzliyak idarə edəcək.