"Nyukasl Yunayted" "Real"ın futbolçusuna göz qoydu
"Nyukasl Yunayted" heyətinə yeni qapıçı cəlb etməyi düşünür.
Sportline.az xəbər verir ki, əsas namizədlərdən biri "Real"ın ukraynalı kiperi Andrey Lunin göstərilir.
İngiltərə klubu futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Lunin "Real Madrid"dən ayrılmaq niyyətində deyil.